Sənədlərin axın ilə Daxil Edilməsi

Do IT şirkəti verilənlərin tanınması və axın ilə daxil edilmə sistemlərinin tətbiqi üzrə xidmətləri təfklif edir. Bu sistemlər, hər il çox sayda eyni şəkilli eyni növlü sənədləri emal edən təşkilatlar üçün nəzərdə tutulmuşdur.
Problemlər və zəminlər
  • Böyük həcmli sənəd axını, o cümlədən maliyyə sənədləri;
  • Əl ilə emal edilən sənədlər;
  • Bir neçə uzaqda yerləşən sənədlərin emalı mərkəzi;
  • Sənədlərin emalı və axtarışı üçün fiziki qüvvənin sərf edilməsi və yüksək maliyyə xərcləri;
  • Verilənlərin sistemə daxil edilməsi və sənədlərin emalı zamanı səhvlər.
Həllin təsviri
Müştərilərə göstərilən xidmətin keyfiyyəti və səmərəliliyi sənədlərin emalının sürəti və dəqiqliyindən asılıdır. Sənədlərin axın ilə daxil edilməsi sistemi sənədləri operativ şəkildə skan etməyə və sənədlərdən tələb olunan qədər verilənlərin həcmini tanımağa imkan verir.

Verilənlərin daxil edilməsi və tanınması bu mərhələlərdən ibarətdir: kağız üzərindəki sənədlərin skan edilməsi, alınmış görünüşün və/və ya elektron sənədlərin emal edilməsi, sənədin sahələrinin rəqəmsal və mətn məlumatlarının tanınması, arxivə və ya digər informasiya sistemlərində saxlanması üçün tanınmış məlumatın növbəti konvertasiyası və ştrix-kodlar.
Əsas üstünlüklər
Uğurla həyata keçirilmiş layihə nəticəsində biz:
  • Sənədlərin emalı xərclərini azaldırıq (məlumatların daxil edilməsi prosesinə cəlb edilmiş əməkdaşların sayını ixtisar etməklə);
  • Verilənlərin daxil edilməsi sürətini əl ilə daxil etmə ilə müqayisədə 3-5 dəfə artırırıq;
  • Layihənin 6-8 aya özünü ödəyəcəyini proqnoz veririk;
  • Müştərilərə xidmətin keyfiyyətini yüksəldirik;
  • Sənədlərin itmə riskini aşağı salırıq və məxfiliyi təmin edirik.
Demo