Система управления ресурсами предприятия (ERP)

SAP Business One Cloud - orta və kiçik biznes üçün əlçatan ERP sistemidir ki, burada baza funksiyaların tam toplusu təqdim edilib
Funksional imkanlar
  • Satınalmaların, ehtiyatların və satışlarların idarə edilməsi
  • Müəssisədə maliyyənin idarə olunması
  • Müştərilərlə münasibətlərin idarə olunması
  • İdarəetmə uçotu
  • İstehsalın idarə olunması
  • Mühasibat və vergi uçotu
  • Layihələrin idarə edilməsi
  • Analitika və haqq-hesab.
SAP Business One Cloud müxtəlif mənbələrdən məlumat yığmağa və CRM, satınalma və satış prosesləri, anbarların və layihələrin idarə olunaması və istehsal daxil olmaqla şirkət miqyasında biznes-prosesləri optimallaşdırmağa imkan verir. Sistem bütün biznes-proseslərin avtomatlaşdırılması və inteqrasiyası sayəsində məlumatları cəmləyərək analitik hesabatlar və göstəricilər vasitəsilə biznesinizin tam icmalını təmin edir.

SAP Business One Cloud həlli ekspertlər tərəfindən yüksək təhlükəsizlik səviyyəsi Tier3 və SLA xidmətinin mümkünlük dərəcəsi 99,95% olan yerli və ya xarici data-mərkəzdə yerləşdirilir və dəstəklənir.
Biznesin əsas üstünlükləri
  • Bütün işçilərin vahid sistemdə işləməsi.
  • Məlumat bazasının və biliklərin sistemləşdirməsi.
  • İşçilərin effektivliyinin əsas göstəricilərinin idarə olunması və onların icrasına nəzafrət. Çevik, sazlana bilən hesabat sistemi.
  • İşin rahatlığı üçün fərdi interfeyslərin asan sazlanması.
  • Dünya liderlərindən şirkətdə biznes-proseslərin qurulması üzrə ən yaxşı təcrübələr.
  • Təyin edilmiş meyarlar üzrə xəbərdarlıqların və bildirişlərin avtomatik göndərilməsi (kredit limitinin aşılması, anbarda malın olmaması, endirimlərin razılaşdırılması və s.)
  • Real vaxtda məlumatların emalı, biznes göstəriciləri hər zamna aktualdır və 24/7 rejimində əlçatandır.
Qiymətlər cədvəli
Ekran görüntüləri

Demo