WSS Docs elektron sənəd dövriyyəsi sisteminin tətbiqi

Nəticələr:

  • Bütün kargüzarlıq proseslərin avtomatlaşdırması;
  • Sistem 16 filial daxil olmaqla bütün şəbəkədə çalışır;
  • ASAN Imza ilə inteqrasiya;
  • Sistemin 6 ildən çox müddət ərzində fasiləsiz işləməsi.
      Layihə: WSS Docs elektron sənəd dövriyyəsi sisteminin tətbiqi

      Müştəri
      : «Expressbank» ASC

      Ölkənin ilk kommersiya bankı olan Expressbank 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib. Expressbank müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s.

      Sifarişçi layihə haqqında:

      «"Expressbank" ASC "DO I.T." şirkətinə Sənədlərin Elektron Dövriyyəsi (SED) proqram təminatının tətbiqi sahəsində görülmüş keyfiyyətli iş üçün təşəkkür edir. SED sistemi "Expressbank" ASC-də sənəd dövriyyəsinin, kargüzarlıq işinin elektron formada aparılması, onların üzərində nəzarətin həyata keçirilməsi, aparılmış əməliyyatların tarixçəsinin saxlanması və elektron arxivləşməsi üçün nəzərdə tutulub...»

      Nailə Mirzəbəyova

      Katibliyin Rəisi

      «Expressbank» ASC