Kiçik və orta müəssisələr üçün elektron sənəd dövriyyəsi

WSS Docs Cloud - kiçik və orta biznes üçün elektron sənəd dövriyyəsi sistemidir.
Sənəd dövriyyəsinin təşkili problemi müxtəlif miqyaslı şirkət üçün aktualdır. Lakin bu sahədə təklif edilən həllər xüsusi ilə iri və orta biznesin böyük hissəsi üçün nəzərdə tutulmuşdur. Böyük olmayan müəssisələrə asan, sadə və baha olmayan elektron sənəd dövriyyəsi sistemi (ESDS) lazımdır. "Buludlara" müraciət etmənin əsl vaxtıdır.

Problemlər və zəminlər
  • Sənədlərin saxlanılması və razılaşdırılması məsələləri elektron poçt vasitəsilə həll edilir. Bu səmərəsiz və narahat bir üsuldur;
  • Əməkdaşların bir hissəsi "uzaqdan qoşulma" ilə çalışırlar, ofisdə işçi yerləri mövcud deyil;
  • Beləliklə uzaqdan sənədlərə və onlarla müştərək işə icazə imkanı mövcud deyil;
  • Sənəd üzərində nə vaxt hansı dəyişiklikllər edildiyi, sənədin hansı mərhələdə harada olduğu haqda rəhbərin heç bir təsəvvürü mövcud deyil;
  • Mükəmməl, geniş imkanlı elektron sənəd dövriyyəsi sistemi üçün büdcə mövcud deyil;
  • Elektron sənəd dövriyyəsi sistemini tətbiq etmək üçün server imkanları yetərli deyil.
Həllin təsviri
WSS Docs Cloud - bahalı avadanlığın alınmasını, sistemin tətbiqinə vaxtın sərf edilməsini və texniki dəstək üçün əlavə resursları tələb etməyən, kiçik və orta biznes üçün mükəmməl elektron sənəd dövriyyəsi sistemidir (ESDS).

Xidmətin bütün funksiya və imkanlarına icazə almaq üçün saytda sorğunu həyata keçirmək kifayətdir:

  • Elektron kargüzarlıq (daxil olan və xaric olanların bütün növləri, xidməti yazılar, əmrlər və sərəncamlar, iclas protokolları, müqavilələr və əlavə sazişlər, tapşırıqlar/dərkənarlar, normativ sənədlər);
  • Müqavilələrin razılaşdırılması və icrasına nəzarət edilməsi (Contract management);
  • Tapşırıqların idarə edilməsi (Task management);
  • İT-də sorğular (Service desk);
  • Kadrlar şöbəsinin sənəd dövriyyəsi (məzuniyyət və ezamiyyət ərizələri, əmrlər);
  • İclasların idarə edilməsi;
  • Satınalmaların avtomatlaşdırılması;
  • Elektron arxiv.
Həllin "Buludda" olmasının üstünlükləri
  • "Buludda" olan həlli istifadə edərkən, siz sistemin tətbiqi üçün ödəniş etmirsiniz.
  • WSS Docs Cloud – tərkibində bütün vacibləri əks etdirən tam imkanlı həlldir. İstifadəçi sistemə daxil olarkən, şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan qovluqları, tez-tez istifadə edilən sənəd növlərini və onların baxışı üçün rahat həll görəcəkdir. Artıq sistemə tətbiq edilmiş bütün sənədlə, istənilən şirkətin tələblərinin böyük hissəsini ödəyir, lazım gəldikdə isə onlar üzərində düzəlişlər etmək mümkündür.
  • Bizim həlldən istifadə edərkən siz dəstək üçün ödəniş etmirsiniz, yaxud bunu üçün ayrıca sistem inzibatçısını işə götürməyə ehtiyac yoxdur. Çünki, bu xidmət növü artıq lisenziya qiymətinə daxildir.
  • Elektron sənəd dövriyyəsinin quraşdırılması üçün bahalı avadanlığın alınmasına və gələcəkdə onun texniki dəstəyinə heç bir ehtiyac yoxdur.
  • Sistemdən istifadə müddəti üçün əlavə ödənişə ehtiyac yoxdur. Çevik lisenziyalaşdırma siyasəti, sizə uyğun abunə növünü seçməyə və tələb olunan istifadəçi sayını göstərməyə kömək edəcəkdir Əməkdaşların sayının artıb/azalmasında siz sistemdən istifadə xərclərini rahatlıqla proqnozlaşdırırsınız.
  • WSS Docs Cloud həlli Tier3 və xidmət mümkünlüyü SLA 99,95% ilə milli və ya xarici məlumat mərkəzlərində ekspertlər tərəfindən yerləşdirlir və dəstəklənir.
  • Sistemə daxil olma məkandan asılı olmayaraq, istənilən kompüterdən, planşetdən və ya smartfondan mümkündür.
Tariflər
Qeydlər:
1. Qiymətə ilkin texniki dəstək (sistemin yenilənməsi, texniki problemlərin aradan qaldırılması) daxildir.
2. Ilkin tətbiq olunmaya daxildir:
  • İki prosesin ayarlanması (məsələn daxil olan sənədlərin qeydiyyatı və ya bir növ müqavilənin rasılaşdırılması);
  • İnzibatçıın təlimatlandırılması (3 saat) və istifadəçilər üçün seminar (3 saat).
Genişləndirilmiş texniki dəstək
Biz həmçinin genişləndirilmiş texniki dəstək xidmətindən istifadə etməyi təklif edirik:
  • Əlavə biznes-proseslərin təsviri və tətbiq edilməsi;
  • Normativ sənədləşmənin yazılması;
  • Şifahi və yazılı konsultasiyaların təqdim edilməsi.
Qeyd: Sistemin əlavələri (istehsalçının cəlb edilməsin tələb edən) ayrıca qiymətləndirilir və qeyd edilən texniki dəstəyin genişləndirilmiş toplularına daxil deyildir.
Sistemin ekran görüntüləri

Demo