Elektron Sənəd Dövriyyəsi

WSS Docs – sənəd dövriyyəsi üzrə bütün standart proseslərini avtomatlaşdıran Microsoft SharePoint əsasında qurulmuş elektron sənəd dövriyyəsi sistemidir (ESDS).
Bizim fikrimizcə, WSS Docs sistemi Microsoft SharePoint əsasında qurulmuş elektron sənəd dövriyyəsi sistemləri bazarında ən çevik və güclü funksionala malikdir.

WSS Docs-un fərqləndirici xüsusiyyətləri – yüksək məhsuldarlıqdır, etibarlılıq, istifadədə sadəlik, sistemin işlənmiş və güclü funksionalı.

Biznes üçün əsas üstünlüklər
  • Biznes-proseslərin şəffaflığı. Biznes idarə edilən olur.
  • Məlumatların etibarlılığı və məxfiliyinin artması;
  • İcra intizamının səviyyəsinin yüksəlməsi;
  • İşçilərin və rəhbərlərin vaxt xərclərinin azalması;
  • İşçilərin ixtisasının artırılması;
  • Sənədlərlə müştərək iş.
Sistemin xüsusiyyətləri
  • Holdinqin şirkətlərində sənəd dövriyyəsinin müxtəlif proseslərini sazlamaq imkanı;
  • Müxtəlif şirkətlərin ESDS modulları vahid sistem çərçivəsində sıx inteqrasiya edir;
  • Sənəd dövriyyəsinin standart prosesləri holdinq strukturunu nəzərə alır;
  • Şirkət strukturunun və ştat cədvəlinin dəyişməsi hallarında sistemin işini təmin edən funksional;
  • Dinamik əvəzçilər sistemi;
  • Sənədin marşrutunun ani surətdə dəyişmək imkanı;
  • Sistem gündə 10 000 (ildə 3.5 milyon) sənəd yaratmağa imkan verir!
  • Biznesin ehtiyaclarına uyğunluğu təmin etmək üçün sənədlərin emalı proseslərini dəyişdirmək imkanı;
  • Hazır modulların quraşdırılması və yeni modulların hazırlanması vasitəsilə, habelə çevik sazlama sistemi sayəsində funksionalı genişləndirmə imkanı.
Sistem şirkətlərin bütün bölmələrinin tələbatlarına cavab verir
İdarəçilik
  • Bütün növ sənədlər üzrə tapşırıqların icrasına nəzarət;
  • İcra intizamı üzrə geniş hesabat;
  • İclasların protokollarının hazırlanması və razılaşdırılması.
Ümumi şöbə və kargüzarlıq/ Sənədlərin idarəedilməsi bölməsi
  • İşlərin nomenklaturasının və qeydiyyat jurnalının aparılması;
  • Daxil olan, göndərilən və daxili sənədlərin təsnifatı və qeydiyyatı;
  • Qərarların verilməsi, tapşırıqların göndərilməsi və onların icrasına nəzarət;
  • Sənədlərin əslinin saxlandığı yerə nəzarət və kağız üzərində surətlərinin verilməsi;
  • Təşkilatda sənəd dövriyyəsi üzrə hesabatın hazırlanması.
Hüquq bölməsi
  • Müqavilələrin və əlavə razılaşmaların hazırlanması, razılaşdırılması və saxlanılması.
Kadrlar şöbəsi
  • Ezamiyyət və məzuniyyət üçün ərizələrin razılaşdırılması;
  • Əmrlərin tərtib hazırlanması və paylanması.
Təchizat şöbəsi
  • Ödəniş tələblərinin razılaşdırılması və onların icrasına nəzarət.
Sistemin ekran görüntüləri

Demo
İstifadəçilərin sayı
+