İT infrastrukturun qurulması

Nəticələr:

  • Bakıda ən böyük olan kovorkinq mərkəzi – 140 iş yeri;
  • Tanınmış dünya istehsalçılarının avadanlığında (Cisco, Dell) qurulan İT infrastrukturu.
      Layihə: İT infrastrukturun qurulması

      Müştəri: Regus şirkəti

      Regus təchiz edilmiş ofislər və iclas otaqları daxil olmaqla geniş çeşiddə məhsulları və xidmətləri ilə dünyada rahat iş məkanlarının ən böyük təminatçısıdır. Şəbəkəyə 120 ölkənin təxminən 900 şəhərini əhatə edən təxminən 3000 biznes mərkəzi daxildir.

      Sifarişçi layihə haqqında:

      «Düzgün qurulan və fəaliyyət göstərən İT infrastruktur – bütün biznes proseslərin saxlanılmasını və səmərəliyini yüksəltməyə imkan verən texnoloji üstünlükdür. Şirkətimizlə bağlı onu deyərdim ki, bizim kovorkinq mərkəzinin göstərdiyi xidmətlərin keyfiyyəti bir başa İT infrastrukturun etibarlığından asılıdır. Tərəfdaşımız olan Do İT şirkətinin köməyi ilə biz, şirkətimizin böyük orqanizminin bu vacib hissəsinə innovasiyalar gətiririk. Do İT şirkətinin mühəndislərinin sərgilədiyi peşəkar yanaşma bir daha sübut etdi ki, tərəfdaş olaraq Do İT şirkətini seçməkdə düzgün addım atmışıq.»

      Ceyhun Nağıyev

      Azərbaycanda ərazi direktoru

      «Regus» Şirkəti