1C: Mühasibatlıq 8.3 sisteminin tətbiq edilməsi

Nəticələr:

  • Mühasibatlıq üçotun sisteminin son versiyaya miqrasiyası;
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tələblərinə uyğun olan hesabatların hazırlanması.
    Layihə: 1C: Mühasibatlıq 8.3 sisteminin tətbiq edilməsi

    Müştəri: QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nəznində)

    Qlobal Fond QİÇS, vərəm və malyariya ilə mübarizəni sürətləndirmək üçün XXI-ci əsr tərəfdaş təşkilatdır. 2002-ci ildə yaradılan Qlobal Fond hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və bu xəstəliklərdən təsirlənmiş insanlar arasında bir ortaqlıqdır. Qlobal Fond ən azı ehtiyac sahibi ölkələrdə və icmalarda yerli mütəxəssislərin həyata keçirdiyi proqramları dəstəkləmək üçün ildə təxminən 4 milyard ABŞ dolları cəlb edir və sərmayə qoyur.

    Sifarişçi layihə haqqında:

    «QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond bu gün səhiyyə maliyyələşməsinin uğurlu mexanizmidir. Fond, Mərkəzi Asiyada və Şərqi Avropada vərəm üzrə proqramların maliyyələşməsinin əsas mənbəyidir. 1С: Mühasibatlıq 8.3 yeni versiyasına keçid üzrə layihənin həyata keçirilməsi üzrə aparılan tenderdə Do İT şirkəti qalib olmuşdur. Do İT mütəxəssisləri bizim uçotumuzun xüsusiyyətlərini, incəliklərini və bütün istəkləri nəzərə alaraq layihəni ardıcıllıqla planlaşdırdılar. Tətbiq zamanı məsləhətçilər yaranmış sualları operativ və savadlı həll etməklə müxtəlif planlı dəstək göstərirdilər. Biz, müştərək məhsuldar işə görə tərəfdaşımıza minnətdarıq».

    Ənvər Kuçkaryov

    İT Meneceri

    QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond