RU
26 sentyabr 2024, Bakı
Docs 5:
Elektron sənəd
dövrİyyəsİnİn
gələcəyİ
Hilton baku, Zal Lazurİt
ünvan
qiymət
ödənİşsİz
4 saat
müddət
rus / azərbaycan
dil
Konfrans haqqında
SİZ DOCS 5 SİSTEMİ İLƏ TANIŞ OLARAQ SİSTEMİN İMKANLARI HAQQINDA MƏLUMAT ƏLDƏ EDƏ VƏ ƏSAS BİZNES PROSESLƏRİNİN OPTİMALLAŞDIRILMASINA NECƏ KÖMƏK ETDİYİNİ MÜŞAHİDƏ EDƏ BİLƏCƏKSİNİZ.
Konfrans həmçinin rəqəmsal transformasiya və korporativ portalların tətbiqi sahəsində ən son tendensiyaların müzakirəsi üçün platforma olacaq. Spikerlər real situasiyaları təqdim edəcək və şirkətlərin elektron sənəd dövriyyəsinə keçidinə təsir edən ən son qanunvericilik dəyişikliklərini müzakirə edəcəklər.

Xüsusi diqqət isə əməkdaşların bu prosesə cəlb edilməsi və şirkətlərdə səmərəli iş proseslərinin yaradılması məsələlərinə yönəldiləcək.
Kİmlər üçün
Bİznesİn sahİblərİ və rəhbərlərİ
KARGÜZARLIQ RƏHBƏRLƏRİ VƏ MÜTƏXƏSSİSLƏRİ
Hüquqşünaslar və HR menecerlərİ
İT dİrektorları
Malİyyə menecerlərİ
Marketİnq menecerlərİ
TƏŞKİLATÇI
DO İT — BİZNES PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASI SAHƏSİNDƏ APARICI İT HƏLLƏR İNTEQRATORUDUR. ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ SİSTEMLƏRİNİN (ESD) VƏ KORPORATİV PORTALLARIN TƏTBİQİ ÜZRƏ İXTİSASLAŞMIŞDIR.
DO IT-nin WSS Docs həllindən Azərbaycanda uğurla istifadə edən müştəriləri:
Docs 5 - ECM sinifinə adi olan sənəd dövriyyəsi, biznes-prosesləri və elektron arxivləri avtomatlaşdıran Elektron Sənəd Dövriyyəsi sistemidir.
Docs 5 həm kiçik təşkilatlarda (50 istifadəçiyə qədər), həm də böyük təşkilatlarda sənəd dövriyyəsinin avtomatlaşdırılması üçün fərqli nəşr və genişləndirmələrə malikdir.
Konfransda təqdİm olunacaq həllər
Docs 5 — sənəd dövrİyyəsİnİ və əsas bİznes proseslərİnİ avtomatlaşdıran kompleks bİr həlldİr
Docs 5 - mobil tətbiqi dəstəkləyir, sənədlərlə iş və qərarların qəbulu birbaşa iOS və Android cihazlarından mümkündür. Performans itkisi olmadan 5000 TB-ə qədər məlumatı emal etmə imkanı və digər İT həllərlə çevik inteqrasiya xüsusiyyətlərinə malik olan Docs 5, şirkətlər üçün vahid informasiya platforması yaradır.
Korporativ portal WSS Portal — vahid informasiya platformasının yaradılması, əməkdaşların təlimi və korporativ mədəniyyətin inkişafı üçün bir həlldir. WSS Portal şöbələr arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmağa, məlumatların təhlükəsizliyini və nəzarətini təmin etməyə, həmçinin şirkət daxilində biliklərin səmərəli idarə olunmasına kömək edir.
WSS Portal: Korporatİv mədənİyyət üçün İnnovasİyalar
Şəxsi kabinet və əməkdaşların profili, şirkət xəbərləri, tədbirlər təqvimi, əməkdaşların doğum günləri və təbrikləri, foto və video qalereya, bilik bazası, sorğular və müraciətlər, iclas otaqlarının bron edilməsi və daha çox funksionallıq WSS Portal sistemində həyata keçirilmişdir.
proqram
09:30 – 10:00
QEYDİYYAT VƏ QARŞILANMA KOFE FASİLƏSİ
10:00 – 10.05
Gİrİş sözü. Spİkerlərlə tanışlıq.
Elşən Babayev, Do IT şirkətinin direktoru
10:05 – 11:00
Docs 5 Elektron sənəd dövriyyəsİ sİstemİ — rəqəmsal transformasİya dünyasında yenİ üfüqlər.
Gennadiy Popov, WSS-Consulting şirkətinin baş direktoru
Docs 5 sisteminin nümayişi seminar iştirakçılarına platformanın yeni interfeysi və funksionallığı ilə tanış olmağa imkan verəcək.
11:00 – 11:20
WSS Docs Azərbaycanda
Elşən Babayev, Do IT şirkətinin direktoru
Spiker Azərbaycanda WSS Docs-un tətbiqi haqqında danışacaq.
11:20–11:30
Kofe fasİləsİ
11:30 – 12:00
DOCS 5 SİSTEMİNİN ƏLAVƏ MODULLARI – ÖYRƏŞDİYİMİZ SƏRHƏDLƏRİ AŞIRIQ.
Gennadiy Popov, WSS-Consulting şirkətinin baş direktoru
Çıxış Docs 5-in əlavə modullarına, o cümlədən kollegial orqanlar, HR, tədarükçülərin ilkin təsnifatı və qiymətləndirilməsi modullarına həsr olunacaq.
Bu həllər həm sistemin gündəlik proseslərinin optimallaşdırılması, həm də daim inkişaf etməyə və biznesin tələblərinə uyğunlaşmasına imkan verir.
12:00 – 12:15
XALQ BANK – WSS DOCS ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNDƏ 3 İLLİK TƏCRÜBƏ
Aytən Qocayeva, Xalq Bankın İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin rəisi
WSS Docs ESD sisteminin bankda tətbiq olunması və istismarı sahəsində təcrübəsini paylaşacaq.
12:15 – 12:45
WSS Portal – korporatİv mədənİyyətə İnnovatİv baxış.
Gennadiy Popov, WSS-Consulting şirkətinin baş direktoru
WSS Portal həllinin nümayişi təşkilatın adət etdiyi vahid informasiya platformasına yeni baxış bucağından baxmağa imkan verəcək.
12:45 – 13:00
VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU - 6 ŞİRKƏT VƏ 3000 İSTİFADƏÇİ ÜÇÜN KOMPLEKS HƏLL
Ülvi Babaşov, İnformasiya texnologiyaları direktoru
WSS Docs ESD sisteminin şirkətlər qrupunda tətbiq olunması və istismarı sahəsində təcrübəsini paylaşacaq.
13:00 – 14:00
Nahar.
spİkerlər
Elşən Babayev
Do IT şirkətinin direktoru
Gennadİy Popov
WSS-Consulting şirkətinin baş direktoru
info@do-it.az
e-mail
+994 12 504 24 75
zəng
əlaqə