Pilot layihə

WSS Docs ESDS

WSS Docs – Microsoft SharePoint bazasında yaradılmış, sənəd dövriyyəsi üzrə bütün nümunəvi prosesləri avtomatlaşdıran elektron sənəd dövriyyəsi sistemidir (ESDS). Bizim fikrimizcə, WSS Docs Microsoft SharePoint bazasında yaradılmış elektron sənəd dövriyyəsi sistemi bazarında daha çevik və güclü funksionala malikdir.

WSS Docs ESDS-in fərqləndirici xüsusiyyətləri – yüksək məhsuldarlıq, etibarlılıq, istifadə asanlığı, üzərində işlənmiş və güclü sistem funksionalı.

Pilot layihə nədir?
Pilot layihə korporativ mühitinizdə təklif olunan həllin sağqalma qabiliyyətinin yoxlanması üçün nəzərdə tutulan müvəqqəti layihədir.
  • Pilot layihə
    nə verir?
    • Məhsula "toxunmaq" imkanı
    • Komandamızla qarşılıqlı əlaqədə olmaq
    • Layihə hazırlığınızı qiymətləndirmək
    • Həldən gözlədiyiniz nəticələri aydın şəkildə formalaşdırmaq
    • Və, nəhayət, riskləri, tam layihənin işə salınması üzrə vaxtı və xərcləri minimuma endirmək
  • Layihə hansı bölmələri əhatə edir?
    • Kargüzarlıq / katiblik şöbəsi
    • Kadrlar şöbəsi
    • Hüquq şöbəsi
    • İnzibati şöbə
    • İT şöbəsi
  • Pilot layihədə kim iştirak etməlidir?
    Əgər:
    • Kollektiv sizin fikirlərinizi önəmsəyirsə
    • Sizi şirkətin sənəd dövriyyəsinin idarə olunması üzrə ekspert hesab edirlərsə
    • Layihənin kuratoru qismində iştirak edə bilirsinizsə, deməli, lazım olan şəxs məhz Sizsiniz
Pilot layihə necə keçir?
Pilot layihə faktiki olaraq tam layihənin kiçildilmiş surətidir və aşağıdakı mərhələlərdən ibarətdir.
1
Hazırlıq
Komandaların formalaşdırılması, layihə planının hazırlanması, avtomatlaşdırılacaq biznes proseslərinin seçilməsi
2
Biznes analiz
Texniki tapşırığın hazırlanması və razılaşdırılması
3
Tətbiq
Sistemin quraşdırılması və adaptasiyası
4
İşəsalma
Tədris, sınaq istismar və nəticələrin protokola daxil edilməsi
Pilot layihə çərçivəsində hansı biznes proseslər avtomatlaşdırıla bilər?
  • Daxil olan sənədlər
    Qeydiyyat, dərkanarın verilməsi, icra
  • Xaric olan sənədlər
    Hazırlıq, razılaşdırma, qeydiyyat, toplu göndərmə
  • Xidməti yazılar
    Hazırlıq, razılaşdırma, rəyin verilməsi, icra
  • Əmrlər və sərəncamlar
    Hazırlıq, razılaşdırma, qeydiyyat, toplu göndərmə və icra
  • Yığıncaqların protokolları
    Hazırlıq, razılaşdırma, qeydiyyat, toplu göndərmə və icra
  • Müqavilələr
    Əlavə razılaşmaların razılaşdırılması, müqavilələrin icrasına nəzarət
  • Tapşırıqlar
    Tərtibat, icra, təsdiq
  • Ödəniş ərizələri
    Hesabların icrasının razılaşdırılması və nəzarəti
  • Normativ sənədlər
    NSM razılaşdırılması və arxivi
Qiymət (azn)
Pulsuz
Həyata keçirmə müddəti
1-2 ay
İştirakçıların sayı
20 nəfərə qədər
2-3
Avtomatlaşdırılan biznes proses
Sifarişçilər
Artıq WSS Docs həllini tətbiq etmiş şirkətlər
PİLOT LAYİHƏSİNƏ START
Азербайджан, Баку, ул. Нигяр Рафибейли 12,
Passage 1901, 1 этаж
Menyu
Sosial şəbəkələr