Heyətə təlim üçün iSpring sistemi

iSpring sistemi üç istiqamətdən ibarətdir: iSpring Learn, iSpring Suite Max və iSpring Market.

Bu həllərin funksionalı onlayn təlimləri ən qısa zamanda işə salmağa, interaktiv testlər, trenajorlar və distant təlim üçün digər materiallar yaratmağa imkan verir.
Həmçinin, çoxsaylı mütəxəssislər cəlb etmədən, "açarlı təhvil" onlayn məktəbinin işini təşkil etməyə imkan verir.
iSpring Learn
Şirkətin daxili serverlərinə quraşdırma tələb etməyən bulud həlli. İşə başlamaq üçün, elektron ünvanı və parolu qeyd edərək, onlayn sistemdə qeydiyyatdan keçmək kifayət edir.

Siz iSpring Learn-da əməkdaşlara distant şəkildə təlim keçə və onları sınaqdan keçirə, hesabatlar üzrə onların nəticələrini izləyə bilərsiniz.
Həllin
xüsusiyyətləri
Biznes üçün üstünlüklər
Yeni əməkdaşların seçimini və adaptasiyasını sürətləndirəcək
Biliklərin yoxlanması prosesini avtomatlaşdıracaq
Kadr ehtiyatını yaratmağa kömək edəcək
Kadr hazırlığının effektivliyini artıracaq
Heyətin təlimlərinə çəkilən xərcləri azaltmağa kömək edəcək
Kursların avtomatik təyin edilməsi
Onlayn testlər
Ətraflı müvəffəqiyyət analitikası
Bilik bazası
Funksional imkanlar
Fərdi təlim marşrutları
Pulsuz mobil tətbiq
Vebinarlar üçün servis
Təlimin planlaşdırılması üçün təqvim
Kadr sistemləri ilə inteqrasiya
Qeymifikasiya və sertifikatların verilməsi
Kursun müəllifi, təlimçi ilə əlaqə
iSpring Suite Max
Onlayn kurs, interaktiv test, dialoq trenajorları, video mühazirə, elektron kitab və distant təlim üçün digər material konstruktoru.

Hazır kurs interaktiv öyrədici oyuna bənzəyir, telefon, planşet, smartfonlarda işləyir və hər bir tələbənin müvəffəqiyyəti üzrə ətraflı məlumat göstərir.
iSpring Market
Təlim kontentinə dəstək üçün onlayn platforma. Sistemin funksionalı çoxsaylı mütəxəssislər cəlb etmədən, "açarlı təhvil" onlayn məktəbinin işini təşkil etməyə imkan verir.

Quraşdırılmış imkanlar portalın görünüşünü fərdi şəkildə tənzimləməyə, təlim kurslarını yaratmağa və onları axtarış sistemlərində təşviq etməyə, trafiki və ziyarətçilərin davranışını analiz etməyə, auditoriya ilə kommunikasiyaları yerləşdirməyə, satışları analiz etməyə və s. imkan verir.
  • 1
    Kurs satışı üçün vitrin
    iSpring Market internet mağaza kimi işləyir. Kursu platformaya yükləyən və qiyməti təyin edən kimi, o, vitrinə – onlayn məktəbinizin baş səhifəsinə çıxacaq. Müştəri saytınıza daxil olur, kursu seçir və ona görə ödəniş edir.
  • 2
    Addım-addım tədris proqramları
    iSpring Market istənilən kontenti dəstəkləyir: video dərslər, vebinarlar, podkastlar, kurslar, mühazirələr, məqalələr, təqdimatlar, testlər. Siz hər bir materialı ayrılıqda sata və ya onları tədris proqramında birləşdirə bilərsiniz.
  • 3
    Ödənişlərin qəbulu üçün rahat servislər
    Müştərilər kursa görə ödənişi bank kartı və ya Stripe, PayPal və Authorize onlayn kassalar vasitəsilə edə bilərlər. Pullar dərhal hesabınıza daxil olur. Ödənişlər haqqında bütün məlumatlar yaddaşda saxlanılır.
  • 4
    Ətraflı satış analitikası
    iSpring Market hər bir müştərinin nə qədər pul gətirdiyini, hansı kurslara tələbatın olduğunu, hansı kursların daha az aktiv şəkildə satıldığını və, ola bilər ki, təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərir.
  • 5
    Təlim üzrə məlumatlar
    iSpring Market istifadəçinin konkret kursdan necə keçdiyini: nə qədər material öyrəndiyini, buna nə qədər vaxt sərf etdiyini, nə qədər bal topladığını göstərir.
  • 6
    Quraşdırılmış çat
    iSpring Market-də, sosial şəbəkədə olduğu kimi, daxili çat var. Siz daima müştərilərlə əlaqədə olursunuz. Onlar birbaşa şəxsi kabinetlərindən sizə ismarıc yaza və sual verə bilərlər.
  • 7
    Rəy və şərhlər
    Müştərilər hər bir kursa qiymət verə və şərh yaza bilərlər. Müsbət rəylər potensial müştəriyə alış etməkdə kömək edəcək.
  • 8
    Qeymifikasiya
    Kurslara baxdıqlarına görə dinləyicilər beyc əldə edir, bal toplayır və öz nəticələrini reytinqdə digər tələbələrin müvəffəqiyyətləri ilə müqayisə edirlər.
  • 9
    Sertifikatların verilməsi
    Müştəri kursu bitirən kimi sistem avtomatik olaraq adlı sertifikat verir. Hazır şablonlardan istifadə edin və ya firma üslubunuzda sertifikat yükləyin.
  • 10
    Mobil təlim
    Kurslar kompüter, planşet və smartfonda işləyir. Dinləyicinin boş vaxtı olduğu kimi, o, internetə çıxışı olmasa belə, yeni mühazirəni dinləyə və ya testdən keçə bilər.
  • 11
    Kursların SEO təşviqi
    Kursların səhifələri Google və "Yandex"-də indekslənir. Müştəriləriniz onları axtarış sistemlərində adlarını daxil edərək tapacaqlar. Reklama pul xərcləmək məcburiyyətində olmayacaqsınız.
İnnovasİyalar üçün
gələcəyə doğru!
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr