2019-cu ildə WSS Docs elektron sənəd dövriyyəsi sistemi tətbiq edildikdən sonra, sənədlərin, müqavilələrin, ödəniş sorğularının yaradılması, işlənməsi və razılaşdırılması ilə bağlı olan prosedurlar əhəmiyyətli dərəcədə sürətlənmiş, onların axtarışına sərf olunan vaxt azalmış, proses daha şəffaf olmuşdur. WSS Docs Elektron sənəd dövriyyəsi sisteminin köməyi ilə sənədlərin elektron şəkildə satınalmalar üzrə işlənməsi imkanı məhsulların və xidmətlərin əldə edilməsi prosedurunun özünü sürətləndirmiş, bununla da, uzunmüddətli satınalma prosedurları problemini aradan qaldırmışdır. 2021-ci ildə, şirkətin əsas informasiya sistemləri arasında inteqrasiya sayəsində, materialların və xidmətlərin əldə edilməsi prosesi dəfələrlə sürətlənmişdir.