LAYİHƏ

Azərbaycan Respublikası
Dövlət Neft Fondu

DÖVLƏT SEKTORU
Sifarişçi haqqında
Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" 240 saylı 29 dekabr 1999-cu il tarixli Fərmanına uyğun olaraq təsis edilmişdir. O, Azərbaycanda neft-qaz yataqlarının kəşfiyyatı və qazılması üçün investorlardan əldə olunan vəsaitlərin effektiv şəkildə idarə olunmasının təmin edilməsi üçün yaradılmışdır. Fondun əsas vəzifəsi ölkənin və onun gələcək nəsillərinin rifahı naminə neft-qaz gəlirlərini peşəkar və effektiv şəkildə idarə etməkdir.
Tapşırıq
Sənəd dövriyyəsi sistemi qarşısında qoyulmuş tapşırıqlar qərarların qəbul edilməsi üçün zəruri məlumatları təqdim edən idarəetmənin avtomatlaşdırılması mühitinin yaradılmasından, sənədlərin razılaşdırılması və tapşırıqların icrası proseslərinin şəffaflığının təmin edilməsindən ibarət idi. Sifarişçinin tələblərini təsvir edən texniki spesifikasiya təkcə əsas funksional tələbləri deyil, həmçinin verilənlərin qorunub saxlanması və etibarlılığı sahəsində informasiya təhlükəsizliyinə dair xüsusi tələbləri də əhatə edirdi.
Həll
Keçirilən tender nəticəsində, WSS Docs həllini təklif etmiş Do IT şirkəti qələbə qazanmışdır. Layihə çərçivəsində avtomatlaşdırması tələb olunan bütün proseslər 3 qrupa bölünmüş və, prioritetlərinə uyğun olaraq, tədricən tətbiq edilmişdir. Layihə çərçivəsində, həmçinin, elektron rəqəmsal imza və ERP Microsoft Navision sistemi ilə inteqrasiya həyata keçirilmişdir.
Nəticə
Tətbiq nəticələrinə görə, ali və orta təbəqə rəhbərlərin yeni sənədlər və tapşırıqların icrasının gedişatı, sənədlərin hərəkətinin şəffaflığı və sənədlərin icrasının vəziyyətinə son icraçılar səviyyəsinə qədər operativ nəzarət imkanları barədə operativ şəkildə məlumatlandırılmasına nail olunmuşdur.

Layihənin əhəmiyyətli nəticəsi ondan ibarət olmuşdur ki, sənədlərin hazırlanması müddəti azaldılmış, sənədlərin kağız nüsxələrinin imzalanması zərurətinin istisna edilməsi sayəsində (elektron rəqəmsal imzadan istifadə edilməsi) sənədlərin razılaşdırılması, imzalanması, qeydiyyatı və göndərilməsi prosesləri sadələşdirilmişdir. Layihənin başa çatması zamanı sistemdə 150 istifadəçi işləyirdi.
"WSS Docs sayəsində bütün böyük sənəd axınını nizamlaya bildik (indi onları sistemdə tapmaq çox asandır), sənədlərin razılaşdırılması prosesini sürətləndirdik, həmçinin işçilərə verilən tapşırıqların icrasına nəzarəti təşkil etdik.
Göstərilən layihənin həyata keçirilməsi zamanı Do IT şirkətinin mütəxəssisləri özləri məhsul barədə dərin bilikləri və zəngin təcrübəyə malik yüksək ixtisaslı peşakarlar kimi göstərdilər."

Rəy üçün link

Nərgiz Nəsrullayeva Müdüroğlu
Dövlət Neft Fondunun İcracı direktorunun müşaviri, layihə rəhbəri
Tamamlanmış layihələr
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr