LAYİHƏ

"Unibank" Kommersiya Bankı" ASC

MALİYYƏ SEKTORU
Sifarişçi haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.
Unibank müştəriyönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərini müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində qurub. Müştərinin istəklərindən, tələblərindən irəli gələrək çıxılan bu yol, onu dinləyərək daim inkişafa aparır.
Məqsədlər
  • korporativ sənəd dövriyyəsinin avtomatlaşdırılması;
  • işçilərin iş intizamına nəzarətin artırılması;
  • sənədlərlə bağlı bütün işlərin vahid sistem daxilində cəmləşdirilməsi;
  • şirkətin əsas biznes proseslərinin monitorinqi üçün analitik alətin yaradılması.
Həll
Bu məqsədlərə nail olmaq üçün Do IT şirkətinin WSS Docs platforması seçildi. Seçim zamanı bu platforma artıq ölkənin 5 bankında uğurla tətbiq edilmişdi. Müsbət rəylər, geniş funksionallıq, eləcə də rəqabətli qiymət bank rəhbərliyinə WSS Docs platformasını seçməyə şərait yaratdı.
WSS Docs ESD sisteminin tətbiqi üzrə layihənin nəticələri:
  • bankın baş ofisində və 30 filialında 1400 istifadəçi vahid sənəd dövriyyəsinə cəlb olunmuşdur
  • daxil olan və Xaric olan məktubların emalı, tapşırıqların verilməsi, onların icrasına nəzarət prosesləri avtomatlaşdırılmışdır
  • əmrlərin, sərəncamların, etibarnamələrin işlənməsi üzrə proseslər avtomatlaşdırılmışdır
  • kollegial orqanların idarə edilməsi, daxili normativ sənədlərin aparılması və bankın kontragentləri ilə müqavilələrin bağlanması prosesləri avtomatlaşdırılıb
  • BARS kadr uçotu sistemi ilə inteqrasiya həyata keçirilib və ASAN İmza rəqəmsal imzasından istifadə etməklə sənədlərin imzalanması imkanı təmin edilib
«Bank tərəfindən, “Do I.T.” MMC-nin məhsulu olan WSS Docs “ESD” sistemi bir neçə əsas səbəbə görə seçilmişdir. İlk olaraq, qərar qəbul edildiyi anda, bu sistem beş digər bankda uğurla tətbiq olunmuşdu ki, bu da onun etibarlılığını və effektivliyini təsdiqləyir. İkincisi, “Do I.T.” MMC tərəfindən təklif edilən həll Bankın tələblərinə tam uyğun gələrək, mövcud İT infrastrukturunun xüsusiyyətlərinə çevik şəkildə uyğunlaşır. Nəhayət, "Do I.T." MMC komandasının peşəkarlığı və yüksək səriştəsi, Bankın tələblərinə uyğun optimal həllərin effektiv tətbiqini və bu prosesin davamlı olaraq yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edir.»

Rəy üçün link

Fərid Abuşov
İdarə Heyətinin sədri
Tamamlanmış layihələr
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr