LAYİHƏ

"PAŞA Bank" ASC

MALİYYƏ SEKTORU
Sifarişçi haqqında
2007-ci ildə təsis edilmiş PASHA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Bank Azərbaycanda və regionda bütün əsas bank və maliyyə xidmətlərini, o cümlədən investisiya bankçılığı, ticarət maliyyələşdirməsi, aktivlərin idarə olunması xidmətlərini, habelə, kiçik və orta sahibkarlıq üçün tam xidmətlər servisini təqdim edir. PASHA Bank kapitalın həcminə və aktivlərin səviyyəsinə görə Azərbaycanın ən iri özəl banklardan biridir.
İlkin şərtlər
Şirkətdə istifadə edilən sistem sifarişçinin cari tələblərinə tam şəkildə cavab verməmişdir: məhsuldarlıq gözləntiləri doğrultmadı, proseslər əl ilə həyata keçirilirdi.
Həll
Yeni platformanı bir sıra yerli və xarici şirkətlər arasında seçilirdi. Ətraflı analiz nəticəsində, Do IT şirkətinin təklif etdiyi WSS Docs sistemi qalib elan edilmişdir. Məhz bu sistemin lehinə seçim etməyə imkan verən əsas üstünlüklər sistemin etibarlılığı, geniş inzibatçılıq imkanları, güclü və təcrübəli yerli komandanın mövcudluğu, habelə, rəqabət qabiliyyətli göstərilən xidmətlərin dəyəri olmuşdur.
Layihənin gedişatı
Layihə bankın əsas struktur bölmələrini (korporativ katibliyini, insan resurslarının, biznes proseslərinin, maliyyənin, informasiya texnologiyalarının idarə olunması departamentlərini) əhatə etmiş və bir neçə mərhələdə həyata keçirilmişdir:
1
Biznes analiz
Bu mərhələdə PASHA Bank tərəfindən əsas biznes sifarişçiləri ilə bir sıra müsahibə xarakterli görüşlər keçirilmiş, tələblərin toplanması həyata keçirilmiş və layihə çərçivəsində avtomatlaşdırılması üçün qəbul edilmiş biznes proseslərini ətraflı şəkildə təsvir edən texniki tapşırıq hazırlanmışdır.
2
Tətbiq
Bu mərhələdə, tərtibatçı komandası sınaq mühitində sistemin quraşdırılmasını və sistem proseslərinin texniki tapşırığın tələblərinə uyğun olaraq (texniki tapşırıq bir neçə iterasiyada həyata keçirilirdi) adaptasiyasını həyata keçirmişdir. Paralel olaraq, WSS Docs elektron sənəd dövriyyəsi (ESD) sisteminin, bankın digər əsas sistemləri olan SAP HRM, korporativ verilənlər anbarı və Oracle bazasında biznes analitika sistemi ilə inteqrasiyası üzrə işlər həyata keçirilirdi. Həmçinin, bütün verilənlərin mövcud elektron sənəd dövriyyəsi sistemindən yenisinə tam həcmdə miqrasiyası həyata keçirilmişdir.
3
Sınaqların keçirilməsi və işəsalma
Elektron sənəd dövriyyəsi sistemində avtomatlaşdırılmış proseslər həmçinin tədricən işə salınırdı. İlk növbədə, maliyyənin idarə olunması departamentinin prosesləri (müqavilələr, əlavə razılaşmalar, satınalma sənədləri, akt və hesab-fakturalar) işə salınmışdır. Daha sonra – korporativ katiblik və biznes proseslərinin idarə olunması prosesləri: daxil olan və göndərilən sənədlər, əmrlər, tapşırıqlar (dərkanarlar), normativ sənədlər. Son mərhələdə insan resursların idarə olunması şöbəsinin prosesləri (məzuniyyət və ezamiyyət ərizələri) tətbiq edilmiş və işə salınmışdır.
13

avtomatlaşdırılmış biznes prosesi
4

inteqrasiya edilmiş sistem
900

istifadəçi
"Nəzərinizə çatdıraq ki, "PAŞA Bank" ASC sənəd dövriyyəsinin təşkili olunması və bu istiqamətdə elektron sistemin tətbiqi sahəsində DOİT Şirkəti ilə əməkdaşlıq edir. Şirkət qeyd olunan sahələrdə bir çox istiqamətlər üzrə xidmətlər göstərmiş, Bankda sənəd dövriyyəsi üzrə ən yeni tələblərə cavab verən sistemin qurulması çərçivəsində uğurlu tərəfdaş kimi özünü göstərmişdir."
Rəy üçün link

Gülər Paşayeva
Korporativ İdarəetmə və İnzibatçılıq Departamentinin direktoru
Tamamlanmış layihələr
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr