LAYİHƏ

"PAŞA Holding" MMC

HOLDINQ
Sifarişçi haqqında
"PAŞA Holding" Azərbaycanın ən iri investisiya korporasiyalarından biridir. Yaradıldığı tarixdən – 2006-cı ilin 1 noyabrından başlayaraq, cəmi bir neçə il ərzində "PAŞA Holding"in fəaliyyəti istehsal və maliyyə sferalarının geniş diapazonunu əhatə etdi. Hal-hazırda holdinq sığorta, bank, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərir. Bu gün "PASHA Holding" biznes çevrəsində tutduğu mövqeləri möhkəmləndirməkdə davam edir. "PAŞA Holding" investisiya qrupunun investisiya portfeli səhmlərin nəzarət paketindən və biznesdə nəzarət paketi olmayan iştirak paylarından ibarətdir.
Məqsədlər
"PAŞA Holding" şəffaflığın artırılması və sənədlərin emalının sürətləndirilməsi, icra intizamına nəzarətin effektiv mexanizmlərinin yaradılması və sənədlərin sürətli axtarışınının əldə olunmasını təmin etmək məqsədilə elektron sənəd dövriyyəsi sisteminin tətbiqini qərara almışdır.
Həll
Tender nəticəsində holdinq WSS Docs platformasını seçmişdir. Holdinqin tərkibinə daxil olan PAŞA Bankda sistemdən istifadənin müsbət təcrübəsi, həmçinin Do IT tərəfindən təklif olunan və uğurla həyata keçirilən pilot layihə holdinqə düzgün qərar qəbul etməyə şərait yaradıb.
Nəticə
Holdinq daxil olan və xaric olunan sənədlərin, normativ sənədlərin emalı və müqavilələrin idarə edilməsi proseslərini avtomatlaşdırıb. WSS Docs platformasının tətbiqinin nəticəsində sürətli axtarış aparmaq, sənədlərin marşrutlaşdırılması və işlənməsi üçün əmək xərclərini azalması, nəzarət mexanizmlərinin tətbiqi vasitəsilə icra intizamının səviyyəsini artırmaq imkanı yaradan vahid strukturlaşdırılmış sənədlər arxivi üçün şərait yaratmışdır. Sənədlərin itirilməsi və icazəsiz daxil olma risklərini minimuma endirmək, sənədlərin işlənməsi proseslərini daha şəffaf və idarə olunan etmək tətbiq olunmuşdur.
«2022-2023-cü illərdə DO İ.T. MMC ilə birlikdə həyata keçirdiyimiz sənəd dövriyyəsinin avtomatlaşdırılması layihəsi çərçivəsində təqdim etdikləri texniki həllərin effektivliyini və peşəkar yanaşmalarını yüksək qiymətləndiririk. Layihə çərçivəsində DO İ.T. MMC müsbət nəticələr əldə etmiş və bütün mərhələləri uğurla başa çatdırmışdır.»

Rəy üçün link

Əfqan Əfqanlı
Qrup üzrə Maliyyə və Təşkilatı Həllər Departamentinin Direktoru
Tamamlanmış layihələr
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr