Həll
Qarşıya qoyulan tapşırıqları həll edən həllər olaraq, WSS Docs və SAP B1 sistemləri seçilmişdir. Layihənin həyata keçirilməsi 3 şirkətdən ibarət konsorsiuma həvalə edilmişdir: Ojag Consulting Services, BMS Global və Do IT. Do IT komandası elektron sənəd dövriyyəsi sisteminin və elektron arxivin tətbiq edilməsinə görə cavabdeh idi. Layihə bir neçə mərhələdə həyata keçirilirdi. Birinci mərhələdə sistemin daha prioritetli modulları tətbiq edilmiş, gələn və çıxan yazışma prosesləri, habelə, daxili sənəd dövriyyəsi avtomatlaşdırılmışdır. Layihənin ikinci mərhələsində elektron arxiv modulu tətbiq edilmişdir. Üçüncü mərhələ çərçivəsində, WSS Docs və SAP B1 sistemləri arasında inteqrasiya həyata keçirilmişdir.