LAYİHƏ

"Veysəloğlu" Şirkətlər Qrupu

HOLDİNQ
Sifarişçi haqqında
Pərakəndə, topdansatış, distribusiya, logistika, istehsalat sahələrində 20 mindən artıq əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunda ixtisaslaşmış Azərbaycan şirkətlər qrupudur. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika və digər şirkətlər daxildir.
İlkin şərtlər
Bu layihədən əvvəl şirkətlər qrupunun əksər strukturlarında kağız daşıyıcılar vasitəsi ilə idarə edilən sənəd dövriyyəsi mövcud idi. Sənədin fiziki mühitdə təhlükəsizliyi kadrların təşəbbüsündən, diqqətindən, qayğısından və biliklərindən asılı idi. Şirkətlər qrupunun həm strukturalarında emal olunan sifarişetmə və müqavilə/protokolların idarə edilməsi prosesində, həmçinin tədarükçüdən daxil olan sənədlərin idarə edilməsində çətinliklək müşayiət olunurdu.
Həll
Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi zərurəti ilə üzləşən şirkətlər qrupunun rəhbərliyi müvafiq müsabiqə keçirmək qərarına gəlib. Müsabiqədə informasiya sistemlərinin həm yerli, həm də xarici təchizatçıları iştirak ediblər. Müştərinin etibar etdiyi əsas meyarlar bunlar idi:
  • Funksional tamlıq;
  • İstifadəçi interfeysinin rahatlığı və sadəliyi;
  • Konfiqurasiya və idarəetmə imkanları, çünki gələcəkdə müştəri sonrakı sənəd dövriyyəsi proseslərini müstəqil şəkildə konfiqurasiya etməyi planlaşdırırdı.
  • Təchizatçı şirkətin reputasiyası və müştərilərin müsbət rəyi.
Yuxarıdakı meyarlara ən aydın şəkildə cavab verən müsabiqənin qalibi WSS Docs sistemi oldu.
6

şirkətlər
24

avtomatlaşdırılmış biznes prosesləri
2

interasiya edilmiş sistem
3000+

istifadəçi
“Veysəloğlu” Şirkətlər Qrupunda əməkdaşların sayını və şirkət məlumatlarının idarə olunmasının mürəkkəbliyini nəzərə alaraq, şirkət məlumatlarının yenilənməsi və paylaşımı “bir pəncərə” prinsipi əsasında təşkil etməli idi
Bu səbəbdən Qrup WSS Portalı seçdi – daxili kommunikasiya və məlumat idarəetməsində müasir, səmərəli və çevik həll təmin edən platforma
Layihə çərçivəsində əldə olunan nəticələr:

  • 7 fərqli interfeys – Qrupa daxil olan 7 şirkət üçün xüsusi və fərdiləşdirilmiş interfeyslər yaradılıb, bu da hər şirkətin öz tələblərinə uyğun rahat işləməsini təmin edir
  • 20.000 istifadəçi üçün giriş – bütün əməkdaşların portal üzərindən mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə daxil olması təmin olunub
  • Ofis əməkdaşı olmayan istifadəçilər üçün unikal giriş metodu – portalda şirkət xaricindən istifadəçilərin də rahat və təhlükəsiz işləyə bilməsi üçün xüsusi giriş sistemi tətbiq edilib
Bu layihə “Veysəloğlu” Şirkətlər Qrupunda informasiya axınının şəffaflığını artırdı, əməkdaşlar arasında qarşılıqlı əlaqəni asanlaşdırdı və sənəd dövriyyəsini səmərəli idarə etmək imkanı yaratdı.
"Biz "DO İ.T." MMC-ni sənəd dövriyyəsi və biznes proseslərinin avtomatlaşdırılması sahəsində güvənilir və peşəkar tərəfdaş kimi tövsiyə edirik. Onların həlləri və yanaşmaları biznes proseslərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına və işin effektivliyinin artırılmasına kömək edir. Biz əminik ki, WSS Docs elektron sənəd dövriyyəsi və WSS Portal intranet sistemləri optimallaşdırma və innovasiyalara can atan hər bir müəssisə üçün faydalı bir alətlər olacaqdır."
Rəy üçün link

Ülvi Babaşov
İnformasiya Texnologiyaları Direktoru
Tamamlanmış layihələr
Azərbaycan, Bakı, 12 Nigar Rəfibəyli küç.,
Passage 1901, 1-ci mərtəbə
Menyu
Sosial şəbəkələr