Müsahibələrin aparılması və biznes-təhlil
Birinci mərhələ çərçivəsində toplanmış və ilkin təhlil edilmiş məlumatlar (o cümlədən şirkətin 100-dən çox proseduru) əsasında təşkilatın əsas departamentlərinin nümayəndələri ilə 40-dan çox müsahibə aparılmışdır. Xüsusi diqqət sənəd dövriyyəsinin idarəolunanlığına, şəffaflığına və ölçülə bilənliyinə, proseslərin avtomatlaşdırmaya hazırlanmasına, bütün bölmələrdən tələblərin toplanmasına və razılaşdırılmasına (sənəd şablonları və proses sxemləri daxil olmaqla), həmçinin tələblərin departamentlərarası qarşılıqlı yoxlanmasına yönəldilmişdir.