Bu sistemin tətbiq edilməsi haqqında qərar 2014-cü ildə qəbul edilmişdir. Elektron sənəd dövriyyəsinin tətbiq edilməsi üzrə layihənin həyata keçirilməsi 8 ay çəkdi. Hal-hazırda sistemdə 1000-dən çox əməkdaş çalışır. Bu müddət ərzində şirkət 20-dən artıq biznes proseslərini avtomatlaşdıra (o cümlədən daxili kadr resurslarından istifadə edərək), habelə, digər informasiya sistemləri ilə inteqrasiyanı həyata keçirə bilmişdir.